“Sabah” seriyaya qələbə ilə başladı
29.04.2026 - 22:36
Azərbaycan Basketbol Liqasında final seriyasına start verilib.
Apasport.az xəbər verir ki, seriyanın birinci görüşündə “Sabah” öz meydanında “Abşeron Lions”ı qəbul edib.
Bakı İdman Sarayında keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə nəticələnib.
"Bayquşlar" 98:93 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, seriya may ayında davam edəcək.
0
0