Şəhriyar Əsgərov: “Bugünkü matça tam hazırıq"
27.02.2025 - 12:37
“Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov bu gün “Ordu”ya qarşı keçiriləcək görüş haqda danışıb.
Apasport.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında matçla bağlı bunları deyib:
“Bu gün keçiriləcək matça tam hazırıq. Məşqlərimiz qaydasında gedir. Fikrimiz qalib gəlməkdir. Komandamızın vəziyyəti pis deyil. Basketbolçularımızın hamısı sağlamdır. Devonte Kravenin yüngül zədəsi var. Onun oyun vaxtına qədər tam hazır olacağını düşünürəm. “Ordu” ilə görüşdə qalib gələrək azarkeşlərimizi sevindirmək istəyirik. Ümidvaram ki, istədiyimiz nəticəni əldə edəcəyik”.
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
- “Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı
- "Neftçi" Avropa Kubokunda növbəti matçına çıxacaq
- “LANDAU Lions” Portuqaliyada qələbə axtarışında
- Alperen Şengün “Boston”u "dağıtdı" – NBA-da günün nəticələri
0
0