"Rəqibimizi göstərdiyi mübarizəyə görə təbrik edirəm. Pley-off matçına bənzər oyun oldu".
Apasport.az xəbər verir ki, bunu "Şəki"nin basketbol klubunun baş məşqçisi Bedri Meriç deyib.
O, Azərbaycan Basketbol Liqasının XVI turunda "Ordu" üzərində qazanılan 89:74 hesablı qələbəni şərh edib:
"Müdafiəmizi yaxşı qursaq, bu çempionatda hər bir komandanı məğlub edə bilərik. Evimizdə oynadığımız yaxşı basketbolu bu gün də davam etdirdik. Oyunçularımın hamısına təşəkkür edirəm, bu onların qələbəsidir. "Ordu" kimi güclü heyəti olan komandanı 3 dəfə məğlub etmək gözəl nailiyyətdir. Bu, "Şəki"nin gəldiyi nöqtəni göstərir. Ümid edirəm ki, hədəfimiz olan pley-offa düşəcəyik. Yeni oyunçumuz Tomi Lyuk komanda ilə cəmi 1 məşq keçdi, hələ tam hazır deyil, zamana ehtiyacı var. 1-2 matç sonra bizim komandaya uyğunlaşacaq".
- Azərbaycan millisi Kutaisidə keçirilən beynəlxalq turnirdə 4-cü olub
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
- Millilərimiz Avropa çempionatına Belarusda hazırlaşacaq
- Lazar Spasiç: "Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir"
- "Sabah" Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb - RƏSMİ