Azərbaycan Basketbol Liqasının VII turu çərçivəsində “Sumqayıt” öz meydanında “Naxçıvan”a 99:116 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Vadim Kuramşın oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
O, məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
"Naxçıvan"ı qələbə münasibətilə təbrik edirəm. Oyunun əvvəlində rəqibin daha çox xal atmasına imkan verdik. Sonradan hesabda onlara çata bildik. 3-cü periodda eyni hal yenə təkrarlandı, "Naxçıvan" yenə də "üçlük"lərlə fərqi artırdı. Mən foul limiti probleminə görə fərdi müdafiəyə keçmirəm, hər halda cəmi 3 amerikalı ilə bunu edə bilmərəm. Biri kənarlaşsa, işimiz çətin olacaq. Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi".