NTD komandasının baş məşqçisi Tahir Baxşıyev "Sərhədçi" ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının V turunda qeydə alınan 79:84 hesablı məğlubiyyəti şərh edib:
"Biz həm bu oyunda, həm də “Naxçıvan” və “Abşeron”la qarşılaşmalarda qələbəyə yaxın idik. Təəssüf ki, sona qədər mübarizəni davam etdirə bilmirik. Bəlkə bu, fiziki problemdir. 35 dəqiqə hesabda irəlidə ola bilirik, amma sonradan gücümüz və təcrübəmiz çatmır. Bunun üzərində işləyəcəyik. Birinci dövrə başa çatdı. İndi digər komandaların güclü və zəif tərəflərini yaxşı bilirik. İkinci dövrə daha çətin olacaq, lakin bu məğlubiyyətlərdən düzgün nəticələr çıxaracağımıza inanıram. Bu komandaya inanıram və onların bacardıqlarının ən yaxşısını edəcəyini bilirəm".
Qeyd edək ki, NTD mövsümdə 4-cü dəfə məğlub olub.