Təkli kuponda 16 əmsallıq UDUŞ
03.05.2023 - 14:38
Təkli kuponda 16 əmsallıq UDUŞ

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər basketbolda diqqətçəkən qazanc əldə edib.

Better təkli kuponda 16 əmsallıq mərc edib. O, VTB liqasının MOİK – “Lokomotiv Kuban” qarşılaşmasında nadir təsadüf olunan varianta üstünlük verib.

Müştəri görüşün əsas vaxtının heç-heçə bitəcəyini proqnozlaşdırıb. Bu nəticənin əmsalı da 16,00-a bərabər olub.

Proqnozsevər 10 min rublla (213 manat) risk edib. Basketbolçular onun ümidlərini puça çıxarmayıb. Komandalar əsas vaxtda qalibi müəyyənləşdirə bilməyib – 85:85.

Overtaymda kubanlılar 103:100 hesabı ilə qalib gəlib. Amma bu nəticə artıq better üçün maraqlı olmayıb. O, 160 min rublluq (3 min 408 manat) uduşunun sevincini bayram edib.

Qeyd edək ki, bu qələbə ilə finala adlayan “Lokomotiv Kuban” həlledici seriyada UNİKS-lə qarşılaşacaq. Üçüncü yer üçün isə MOİK-lə “Zenit” mübarizə aparacaq.

0