Ueyd özünü MVP-yə layiq saydı
24.09.2023 - 15:34
Ueyd özünü MVP-yə layiq saydı

“Mayami Hit”in keçmiş basketbolçusu Dueyn Ueyd 2008/2009 mövsümü barədə danışıb.

Apasport.az-ın məlumatına görə, o, müntəzəm çempionatın MVP mükafatına Lebron Ceyms deyil, özünün layiq olduğunu bildirib.

Televiziyalardan birinin şou proqramına qoşulan Ueyd belə deyib: “Lebronun niyə mükafata laqy görüldüyünü bilirəm. Amma fərdi planda mən müntəzəm çempionatın ən yaxşısı idim”.

Qeyd edək ki, 2008/2009 mövsümündə Dueyn 79 oyundan orta hesabla 30,2 xal, 7,5 ötürmə və 5 götürmə nəticə göstərib. “Klivlend”də çıxış edən Lebronun isə göstəiciləri belə olub: 28,4 xal, 7,2 ötürnə və 7,6 götürmə.
 

0