18 yaşadək basketbolçulardan ibarət millimizin Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş təlim-məşq toplanışının ilk mərhələsi yekunlaşıb.
Apasport.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi komanda hazırlıq çərçivəsində yerli komandalarla bir neçə yoldaşlıq oyununda gücünü sınayıb.
Azərbaycan U-18 Bədən Tərbiyəsi Universitetinə 67:73, Gürcüstan U-20 isə 51:89 hesabları ilə uduzub. Millimiz SEU BK komandasını məğlub edib - 70:58.
Qeyd edək ki, hazırlıq iyulun 25-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlıq məqsədi daşıyır.
- “Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı
- "Neftçi" Avropa Kubokunda növbəti matçına çıxacaq
- “LANDAU Lions” Portuqaliyada qələbə axtarışında
- Alperen Şengün “Boston”u "dağıtdı" – NBA-da günün nəticələri
- Donçiçdən 45 xal, “Leykers” və “Qolden Steyt”dən qələbə: NBA-də gecənin nəticələri