Arda fərqləndi, “Real” qələbə qazandı
13.09.2025 - 21:20

İspaniya La Liqasında IV tura start verilib.
Apasport.az xəbər verir ki, "Real Madrid" "Real Sosyedad"ın qonağı olub.
Görüşdə hesab erkən açılıb. Kilian Mbappe fərqlənib. İlk hissənin sonlarında Arda Güler adını tabloya yazdırıb. Meydan sahiblərinin gücü yalnız təsəlli topuna çatıb. Mikel Oyarzabal oyunda yekun nəticəni müəyyənləşdirib - 1:2.
İspaniya La Liqası
IV tur
"Xetafe" - "Real Ovyedo" 2:0
"Real Sosyedad" - "Real Madrid" 1:2
0
0