
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Panatinaikos” - “Şaxtyor” matçından öncə Arda Turanın mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb.
“Panatinaikos”a böyük hörmətimiz var. Klubun mədəniyyəti, azarkeşləri, stadionu böyükdür. Sabahkı oyuna bunu bilərək çıxmalıyıq. Öz oyunumuzu oynayacağıq. Geri addım atmayacağıq. Matçın nə qədər çətin olacağını bilirik. Çox sayda təcrübəli oyunçuları var. Onların karyeralarına hörmət edirik. Biz də gənc və enerjili komandamızla onlara qarşı gəlməyə çalışacağıq. İzləyənləri gözəl matç gözləyir. Ümid edirəm ki, bizə sərf edən nəticə ilə İstanbula dönərik. Sabah nə olursa olsun, cavab matçı da var. Bu səbəbdən doğru strategiya ilə 90 dəqiqəni idarə etməliyik”.
Qeyd edək ki, “Panatinaikos” - “Şaxtyor” matçı saat 22:00-da start götürəcək.