Avropa Liqası: "Beşiktaş" darmadağınla liqa mərhələsinə yüksəldi - YENİLƏNİB
30.08.2024 - 00:59
Avropa Liqası: "Beşiktaş" darmadağınla liqa mərhələsinə yüksəldi - YENİLƏNİB

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları başlayıb.

Apasport.az xəbər verir ki, bu gecə 12 cütdə qalib müəyyənləşib. 

Super Liqa klubu "Beşiktaş" "Luqano" ilə üz-üzə gəlib. Qarşılaşma Türkiyə təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb: 5:1.

İki oyunun nəticəsinə görə rəqibini 8:4 məğlub edən "qartallar" adını Avropa Liqasının liqa mərhələsinə yazdırmağı bacarıb.

Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunları
29 avqust

21:00. "Elfsborq" - "Molde" 0:1 (pen: 4:2)
İlk oyun - 1:0
21:00. APOEL – RFŞ 2:1 (pen: 2:4)
İlk oyun – 1:2
21:00. "Petrokub" - "Lüdoqorets" 1:2
İlk oyun - 0:4
22:00. "Anderlext" - "Dinamo" Mn 1:0
İlk oyun - 1:0
22:00. "Ayaks" - "Yagellonya" 3:0 
İlk oyun - 4:1
22:00. "Beşiktaş" - "Luqano" 5:1

Qol: İmmobile, 7, 71, Fernandes, 66, Rafa Silva, 70, Salih Uçan, 90+3 - Ş. Vladi, 59
İlk oyun - 3:3
22:30. FCSB – LASK 1:0
İlk oyun – 1:1
22:45. "Harts" - "Viktoriya" Pl 0:1
İlk oyun - 0:1
23:00. "Borats" - "Ferentsvaroş" 0:0
İlk oyun - 0:0
23:00. "Rapid" V - "Braqa" 2:2
İlk oyun - 1:2
23:00. "Şemrok Rovers" – PAOK 0:2
İlk oyun - 0:4
23:00. "Baçka Topola" - "Makkabi" TƏ 1:5
İlk oyun - 0:3

0