
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Türkiyənin “Fənərbaxça” klubu doğma azarkeşləri önündə Şotlandiya təmsilçisi “Reyncers”lə qarşılaşıb.
Görüşə yaxşı başlayan qonaqlar, matçı qələbə ilə başa vurublar. Oyun "Reyncers"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Mançester Yunayted” isə “Real Sosyedad”la heç-heçəyə razı olub - 1:1.
UEFA Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar
6 mart
21:45 "Alkmaar" (Niderland) – "Tottenhem" (İngiltərə) 1:0
21:45 FCSB (Rumıniya) – "Lion" (Fransa) 1:3
21:45 "Fənərbaxça" (Türkiyə) – "Reyncers" (Şotlandiya) 1:3
21:45 "Real Sosyedad" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə) 1:1
00:00 "Ayaks" (Niderland) – "Ayntraxt" (Almaniya) 1:1
00:00 "Roma" (İtaliya) – "Atletik" (İspaniya) 0:0
00:00 "Bodo-Qlimt" (Norveç) – "Olimpiakos" (Yunanıstan) 2:0
00:00 "Viktoriya" (Çexiya) – "Latsio" (İtaliya) 0:1