“Liverpul”un qolkiperi həftənin ən yaxşısı seçildi
06.03.2025 - 22:56

İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Beker UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, braziliyalı qolkiper 1/8 final mərhələsinin PSJ-yə (Fransa) qarşı ilk matçında yüksək performans sərgiləyərək 9 qurtarışla yadda qalıb.
Qeyd edək ki, mükafata həmçinin Rodriqo (“Real”, İspaniya), Martin Edeqor (“Arsenal”, Fransa) və Harri Keyn (“Bavariya”, Almaniya) namizəd idi.
0
0