Braziliyalı futbolçu “Atalanta”dan ayrıla bilər
06.03.2025 - 23:55

"Atalanta"nın yarımmüdafiəçisi Ederson mövsümün sonunda komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, klub futbolçunu ciddi təklif gələcəyi təqdirdə, satmağı planlaşdırır.
Braziliyalı oyunçu ilə "Yuventus", "Mançester Siti" və "Mançester Yunayted" yaxından maraqlanır.
Xatırladaq ki, Ederson A Seriyası təmsilçisinə 2022-ci ildə "Salernitana"dan 22,9 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm "Atalanta"nın heyətində iştirak etdiyi 39 rəsmi matçda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0