Azərbaycan klubları avrokubokların 2026/2027 mövsümündə 14-cü qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, Peşəkar Futbol Liqası məlumat yayıb.
Bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turuna təsadüf edib. "Sabah" öz meydanında Çexiya "Slaviya"sına 2 cavabsız qolla qalib gəlib.
Bu, Azərbaycan təmsilçilərinin cari mövsümdə ümumilikdə 14-cü avrokubok qələbəsi olub. Bununla da ölkəmiz tarixinin yeni rekorduna imza atıb.
Bunadək ən yüksək göstərici 13-ə bərabər idi. 2023/2024 mövsümündə komandalarımız ümumilikdə 13 dəfə qələbəyə sevinmişdi. Cari mövsümdə "Sabah" 7, "Qarabağ" 4, "Zirə" 2, "Neftçi" 1 dəfə meydandan qalib ayrılıb.
Bu qələbə UEFA reytinqinə də təsir edib. Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə, son 5 mövsümün nəticələrinə görə hesablanan reytinq xalları isə 24,187-yə yüksəlib. Bu, 24,125 xala malik İsraili keçmək üçün yetərli olub.
Bir pillə irəliləyən Azərbaycan hazırda UEFA reytinqində 24-cü sırada qərarlaşıb.
- Batumidəki insident Türkiyə klublarını birləşdirdi – “Beşiktaş”a dəstək
- ÇL: Həftənin ən yaxşısı bəlli oldu
- Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli oldu
- ÇL-da son vəziyyət: “Sabah”, “Qalatasaray” və “Fənərbaxça” neçəncidir? – FOTO
- ÇL: “Bavariya” uduzdu, PSJ xal itirdi - YENİLƏNİB