Futzal üzrə FİFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunun Bolqarıstanda təşkil olunacaq oyunlarında ədaləti qoruyacaq.
Həmyerlimiz avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək. Ə. Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” - “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb.
Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.
- AL: Zamiq Əliyevin komandası məğlub oldu - YENİLƏNİB
- ÇL: “Fənərbaxça”nın potensial rəqibləri qarşılaşıblar - YENİLƏNİB
- Dambrauskas qələbəyə köklənib - “Öz gücümüzdən istifadə edəcəyik”
- Yakob Poulsen “Sabah”ı təriflədi - “Bizi güclü rəqib gözləyir”
- Konfrans Liqası: "Başakşəhər"dən heç-heçə - YENİLƏNİB