“Brayton” “Mançester Siti”nin qələbə seriyasına son qoydu
25.05.2023 - 01:13
“Brayton” “Mançester Siti”nin qələbə seriyasına son qoydu

“Mançester Siti”nin Premyer Liqadakı qələbə seriyası sona çatıb.

Apasport.az-ın məlumatına görə, ardıcıl 12 matçda meydanı üç xalla tərk edən “şəhərlilər” “Brayton”un müqavimətini qıra bilməyiblər.

Hesabı Qvardiolanın komandası açsa da, rəqib məğlubiyyətdən qaçıb. “Brayton”un heyətində Ensiso uzaq məsafədən dəqiq zərbə ilə fərqlənib. “Mançester Siti”nin Premyer Liqada qələbə seriyası bitsə də, komanda bütün turnirlərdə məğlubiyyətsiz irəliləyir. “Şəhərlilər” 25 oyundur, uduzmur.

Qeyd edək ki, qazanılan 1 xal “Brayton”un mövsümü 6-cı pillədə başa vuracağını rəsmiləşdirib. 

37-ci tur
"Brayton" - “Mançester Siti” - 1:1 

0