Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk matçında İslandiyaya məğlub olub - 0:5.
"Misli"nin dəstəyi ilə İslandiyaya ezam olunmuş apasport.az saytının əməkdaşı xəbər verir ki, oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlama verib.
"Deyirlər ki, deyiləsi söz yoxdur. Amma deyiləsi söz çoxdur. Bu komanda, futbolçular belə idarəçiliyə, nəticəyə layiq deyildilər. İslandiya komandasına çox hörmətlə yanaşırıq. Amma biz onlara qarşı oynaya bilmir, başdan müdafiə futbolunu qəbul ediriksə, bu, bizim öz problemimizdir. Futbolçuların problemi deyil. Sistem başdan səhv idi. Baş məşqçi ev tapşırığını yerinə yetirməmişdi. Onun Azərbaycan futboluna, futbolçularına və xalqına yanaşması qəbulolunmazdı. Heç kim Azərbaycan xalqına bunu yaşada bilməz".
- ÇL: “Real”dan darmadağın, “Siti” və PSJ məğlub oldu - YENİLƏNİB
- Afrika Millətlər Kuboku: Yerlərdə süründü, dəsmalı vermədi, qəhrəman oldu - VİDEO
- Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu bilindi
- Afrika Millətlər Kuboku: Nigeriya bürünc mükafata sahib çıxıb
- KL: "Samsunspor"un pley-offdakı rəqibi bəlli olub - YENİLƏNİB