“Çelsi”dən 80 milyonluq transfer
21.05.2023 - 17:36
“Çelsi”dən 80 milyonluq transfer

Premyer Liqa təmsilçisi “Çelsi” Duşan Vlahoviçi transfer etmək niyyətindədir.

Apasport.az saytı xəbər verir ki, London klubu hücumçu üçün 80 milyon avro təklif edib.

Komandanın rəhbərliyi gələcək baş məşqçi Mauritsio Poçettinoyo yüksək səviyyəli forvard alacağını vəd edib. Bu məqsədlə “Yuventus”la danışıqlara başlayan londonlular artıq serbiyalı futbolçu ilə razılıq əldə ediblər.

Qeyd edək ki, Vlahoviç A seriyasında 10 qol və 2 ötürmə ilə yadda qalıb.

0