UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə pley-off cütlərinin adı dəqiqləşib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
"Brügge" (Belçika) - "Atalanta" (İtaliya)
"Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)
"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)
"Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya)
"Yuventus" (İtaliya) - PSV (Niderland)
"Feyenoord" (Niderland) - "Milan" (İtaliya)
"Brest" (Fransa) - PSJ (Fransa)
"Monako" (Fransa) - "Benfika" (Portuqaliya)
Qeyd edək ki, bu mərhələnin ilk oyunları 11-12 fevral tarixlərində, cavab görüşləri 18-19 fevralda keçiriləcək.
***
10:15
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Yeni reqlamentə əsasən bu mərhələdə hər klub üçün 2 mümkün rəqibin adı bəllidir Püşkatmada Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cüt təşkil edəcək..
Liqa mərhələsində 9-10-cu yeri tutanlar 23-24-cü, 11-12-ci yerin sahibləri 21-22-ci, 13-14-cü pillədəkilər 19-20-ci, 15-16-cı olanlar isə 17-18-ci yerlərdəki komandalarla qarşılaşacaqlar.
Pley-off mərhələsinin mümkün cütləri:
“Monako” (Fransa)/“Brest” (Fransa) – PSJ (Fransa)/“Benfika” (Portuqaliya)
“Sportinq” (Portuqaliya)/“Brügge” (Belçika) – “Atalanta” (İtaliya)/“Borussiya” (D.Almaniya)
“Seltik” (Şotlandiya)/“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)/“Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya)/“Feyenoord” (Niderland) – PSV (Niderland)/“Milan” (İtaliya)