UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, 2025-ci ildən bəri heç bir matçda məğlub olmayan "Barselona" "Borussiya"nı (4:0) məğlub edərək yarımfinala doğru mühüm addım atıb.
Kataloniya klubunun futbolçusu Rafinya dortmundlularla matçda adını tarixə yazdırıb.
Braziliyalı qarşılaşmada 1 qol, 1 məhsuldar ötürmə edərək bu mövsüm Çempionlar Liqasında 19 qolun vurulmasında pay sahibi olub.
Bu mövsüm Çempionlar Liqasında 12 qol vuran və 7 məhsuldar ötürmə edən braziliyalı ulduz Lionel Messidən (2011-12) sonra Avropanın ən nüfuzlu turnirinin bir mövsümündə ən çox qol vuran ilk "Barselona" oyunçusu oldu.
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”