
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Apasport.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutacaq.
“Qarabağ”ın II təsnifatdakı rəqibi də bugünkü matçlardan sonra bilinəcək. “Linfild” (Şimali İrlandiya) – “Şelburn” (İrlandiya) cütünün qalibi “atlılar”a rəqib olacaq.
Digər matçda Minsk “Dinamo”su Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edəcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
16 iyul
22:45 Dinamo (Minsk, Belarus) – Ludoqorets (Bolqarıstan)
İlk oyun 0:1
22:45 Linfild (Şimali İrlandiya) – Şelburn (İrlandiya)
İlk oyun 0:1