2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.
Apasport.az xəbər verir ki, pley-off mərhələsində Almaniya və Paraqvay milliləri üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 00:30-da başlayıb.
Oyuna almanlar daha fəal başlasalar da hesabı Paraqvay millisi açıb. 42-ci dəqiqədə Xulio Ensiso başla dəqiq oynayıb: 1:0. İlk hissədə qapılara başqa qol vurulmayıb.
İkinci hissənin əvvəllərində bundestim hesabı bərabərləşdirib. Bu dəfə Kay Haverts topu başla qapıdan keçirib: 1:1.
Oyunun əsas vaxtında qalib müəyyənləşməyib və matç əlavə vaxta gedib.
Əlavə hissələrdə də hesab dəyişməyib və qalib penaltilər seriyasında bəlli olub.
Penaltilər seriyasında Paraqvay daha dəqiq oynayıb və adını növbəti tura yazdırmağı bacarıb: 4:3.
Paraqvay 1/8 final mərhələsində Fransa-İsveç cütünün qalibiylə qarşılaşacaq.
DÇ-2026
1/16 final
30 iyun
00:30. Almaniya – Paraqvay 1:1
Qol: X. Ensiso, 42, K. Haverts, 54
Almaniya: Noyer, Kimmix, Rüdiger, Ta, Braun, Nmeça, Pavloviç, Sane, Undav, Virts, Haverts
Paraqvay: Xil, Alonso, Kanale, Qomes, Kaseres, Kubas, Ensiso, Qalarsa, Bobadilla, Almiron, Avalos
- ML: İspaniya və İsveçrədən darmadağın - YENİLƏNİB
- "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq
- Azərbaycan - Lixtenşteyn oyununun hakimləri bəlli olub
- Millimiz Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq
- Millətlər Liqası: Fransa Belçika səfərindən 3 xalla qayıdır - YENİLƏNİB