DÇ-2026: Fransa və Norveç 1/16 finalda! - YENİLƏNİB
27.06.2026 - 01:03
DÇ-2026: Fransa və Norveç 1/16 finalda! - YENİLƏNİB

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə I qrupunun iki görüşü baş tutub. 

Seneqal millisi İraq ilə qarşılaşıb. Afrikalılar inamlı qələbə qazanıb: 5:0

İlk qələbəsini qazanan Seneqal qrupu 3 xalla 3-cü pillədə bitirib. "Şirlər" pley-offa yüksəlmək üçün ən yaxşı üçüncülər arasına düşməyi gözləyəcək. İraq isə keçirdiyi 3 oyunu da uduzaraq qrupu sonuncu pillədə başa vurub.

Qrupun digər matçında isə Fransa Norveçlə üz-üzə gəlib. Liderlik matçında fransızlar rəqibini 4:1 hesabıyla məğlub edərək xallarının sayını 9-a çatdırıb və qrupu ilk pillədə tamamlayıb. Norveç 6 xalla qrup ikincisi kimi 1/16 finala yüksəlib. 

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

DÇ-2026
I qrupu, III tur
26 iyun
23:00. Seneqal - İraq 5:0

Qol: Sek, 4, Sarr, 56, Qeye, 59, 71, Ndiaye, 82

Qırmızı vərəqə: Sulaka, 10


23:00. Fransa - Norveç 4:1

Qol: Dembele, 7, 20, Asgard, 21, 32, Due, 90+4