Elçin Məsiyevə UEFA-dan təyinat
05.10.2026 - 17:08
Elçin Məsiyevə UEFA-dan təyinat

FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Apasport.az xəbər verir ki, o, Millətlər Liqasının B Liqasının IV qrupunda keçiriləcək Rumıniya – İsveç oyununa rəhbərlik edəcək.

Ona həmyerliləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

VAR hakimi niderlandlı Yeroen Manşot olacaq. AVAR funksiyası isə Nicat İsmayıllıya həvalə edilib.