
“Oyunu yaxşı idarə etdik. Müdafiədə isə daha inamlı təsir bağışlamalı idik”.
Apasport.az xəbər verir ki, bu sözləri “Ferentsvaroş”un futbolçusu Kallum O’Dauda deyib.
30 yaşlı yarımmüdafiəçi “Qarabağ” haqqında fikirlərini bölüşüb: “Qarabağ”ın yaxşı oyunçuları var, ona görə də onlara hörmətlə yanaşmaq lazımdır. Onlar həqiqətən yaxşı çıxış etdilər. Biz isə indi irəli baxmalıyıq. Qarşıda Avropa Liqasının oyunları var”.
Futbolçu həmçinin “Qarabağ”ın yaxşı təşkil olunmuş komanda olduğunu vurğulayıb: “Mən deyərdim ki, onlar çox texniki komandadır. Açıq oyun nümayiş etdirirlər və topu irəli aparırlar. Biz də onların oyununu kifayət qədər təhlil etmişdik. "Qarabağ"ın fərdi keyfiyyətləri yüksəkdir, güclü, sürətli oyunçuları var və qollar vura bilirlər. Təbii ki, Azərbaycan çempionatında da yaxşı nəticələr göstərirlər. Ona görə də, bəli, onlar yaxşı komandadır, həqiqətən yaxşı komandadır”.
O’Dauda həmçinin meydançanın vəziyyətinə də toxunub: “Ot örtüyünün durumu oyuna müəyyən təsir göstərə bilərdi, amma nəticədə bu, yalnız bizə yox, “Qarabağ”a da eyni dərəcədə təsir edirdi. Hamımız eyni şəraitdə, eyni meydançada oynayırdıq. Buna görə də bu səbəb ola bilməz”.