Gənclər Liqası: "Sabah" "Borussiya" ilə bacarmadı
20.10.2026 - 16:52
Gənclər Liqası: "Sabah" "Borussiya" ilə bacarmadı

"Sabah"ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının 3-cü turunda növbəti görüşünü keçirib.

Apasport.az xəbər verir ki, təmsilçimiz Almaniyanın "Borussiya" (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

"Bank Respublika Arena"da keçirilən görüşə 15:00-da start verilib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.