İnfantino Trampa DÇ-2026 biletləri hədiyyə edib
01.07.2026 - 11:08
İnfantino Trampa DÇ-2026 biletləri hədiyyə edib

FIFA prezidenti Canni İnfantino ABŞ Prezidenti Donald Trampa DÇ-2026 oyunları üçün bilet hədiyyə edib.

Apasport.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

ABŞ liderinin illik maliyyə hesabatında aldığı hədiyyələr açıqlanıb. Sənədlərə əsasən, Tramp ümumi dəyəri 370 min dollardan çox olan hədiyyələr qəbul edib. Onların əsas hissəsini idman tədbirlərinə biletlər təşkil edib.

Hədiyyələr arasında DÇ-2026 matçları üçün 15 min dollar dəyərində 10 bilet də yer alıb. Bundan başqa, Trampa Superboula 10, iki UFC tədbirinə ümumilikdə 30 və müxtəlif liqaların digər idman yarışlarına biletlər verilib.

Qeyd edək ki, DÇ-2026-nın final oyunu iyulun 19-da Nyu-Yorkdakı “MetLayf” stadionunda keçiriləcək.