DÇ-2026 zamanı İngiltərə millisinin əşyalarını oğurlamaqda şübhəli bilinən şəxslərin kimliyi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Daha əvvəl İngiltərə yığmasının ləvazimatları Floridadan Kanzas-Sitidəki bazaya daşınarkən komandanın bəzi əşyaları oğurlanmışdı. Hadisədən sonra iki nəfər saxlanılıb, oğurlanan əşyaların bir hissəsi isə geri qaytarılıb.
Mənbənin məlumatına görə, saxlanılan şəxslər 40 yaşlı Mustafa Salik və 35 yaşlı Erfan Kamaldır. Əfqanıstan əsilli şəxslər ABŞ ordusuna göstərdikləri yardımdan sonra vətəndaşlıq alıblar. Onların “Vista Trans Holding” şirkətində sürücü işlədikləri və Texas ştatının San-Antonio şəhərində yaşadıqları bildirilir.
Hər iki şəxsi ittiham sübuta yetiriləcəyi halda 7 ilə qədər həbs cəzası gözləyir.
- ML: Norveçdən inamlı qələbə, Danimarka Portuqaliyanı darmadağın etdi - YENİLƏNİB
- Millimiz Serbiya ilə bacarmadı
- Ayxan Abbasov: “Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik”
- Millətlər Liqası: Almaniya Serbiyanı məğlub etdi, Niderlanddan darmadağın – YENİLƏNİB
- Millimiz D Liqasının qrupunu lider başa vurdu – YENİLƏNİB