
Futbol üzrə milli komandamız təxminən 1 saat sonra Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İslandiya millisinin qonağı olacaq. Ənənəvi olaraq matçdan öncə səbirsizliklə heyəti gözləyirdik ki, o da açıqlandı.
Həmkarlarla bir neçə gündür təxmini heyətlərimiz az-çox bəlli idi və böyük ölçüdə yanıldıq. Oyunöncəsi mətbuat konfransında meydana qələbə üçün çıxacağımızı deyən Fernandu Santuş elə bir start heyət buraxdı ki, hamımız çaş-baş qaldıq.
Klublarında qan edən Toralın, Antonun, Ozan Canın, Anatolinin ehtiyatda qalması, əvəzində Rəhman, Səbuhi, Abbas, Şahruddin və İsmayılın ilk 11-də başlaması hardasa təəccüb doğurdu.
Görək cənab Santuş dediyi kimi meydançaya qələbə üçünmü çıxacaq, yoxsa "dəymə mənə, dəyməyim sənə" düşüncəsi ilə.
Hər bir halda hadisələri qabaqlamayaq, görək başımıza nə gəlir. Təki biz yaxşı mənada yanılaq.
Reykyavikdə isə hava soyuq və yağışlıdır.
- Elçin Məsiyev Niderland millisinin oyununu idarə edəcək
- Cahangir Fərəcullayev: “Bizim komanda qarşısında tələbimiz yoxdur”
- DÇ-2026: Türkiyə Gürcüstanı məğlub etdi, İspaniyadan inamlı qələbə - YENİLƏNİB
- Rəhman Daşdəmirov: “Azərbaycana əliboş qayıtmaq istəmirik”
- Fernandu Santuş: “Uduzmamağa çalışacağıq”