KDÇ: “Mançester Siti”dən darmadağın
27.06.2025 - 02:55
KDÇ: “Mançester Siti”dən darmadağın

Klublararası Dünya Çempionatında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, günün ilk oyununda “Mançester Siti” “Yuventus”u məğlub edib. Digər matçda “Əl Əyn” “Vidad”dan üstün olub.

“Real” bu turda “Zalsburq”la üz-üzə gələcək. “Əl Hilal”ın rəqibi isə “Paçuka” olacaq.

Klublararası Dünya Çempionatı
Qrup mərhələsi, III tur

26 iyun

Yuventus – Mançester Siti 2:5
Qollar: T.Koopmeyners, 11, D.Vlahoviç, 84 – J.Doku, 9, P.Kalulu, 26 (avtoqol), E.Haaland, 52, F.Foden, 69, Savinyo, 75

Vidad – Əl Əyn 1:2
Qollar: K.Malula, 4 – K.Laba, 45+1 (pen.), Kaku, 50