KL: "Samsunspor"un pley-offdakı rəqibi bəlli olub - YENİLƏNİB
16.01.2026 - 16:21
KL: "Samsunspor"un pley-offdakı rəqibi bəlli olub - YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə gedən yolda pley-off raundu üçün cütlüklər müəyyənləşib.

Apasport.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutub.

Türkiyə təmsilçisi “Samsunspor” liqa mərhələsini 12-ci pillədə başa vuraraq pley-off mərhələsində iştirak etmək hüququ qazanıb.

Super Liqa klubu 1/8 finala yüksəlmək uğrunda Şimali Makedoniyanın “Şkendiya” komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19 və 26 fevral tarixlərində keçiriləcək.