Konfrans Liqasının qalibi bəlli olur - YENİLƏNİR
27.05.2026 - 09:57
Konfrans Liqasının qalibi bəlli olur - YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasının qalibi bəlli olacaq.

Apasport.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Kristal Pelas” və İspaniyanın “Rayo Valyekano” komandaları üz-üzə gələcək.

Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena”da keçiriləcək oyuna saat 23:00-da start veriləcək.

Qeyd edək ki, turnirin son qalibi “Çelsi” olub.

UEFA Konfrans Liqası

Final

23:00. "Kristal Pelas" (İngiltərə) – "Rayo Valyekano" (İspaniya)