Millətlər Liqası: Pley-off mərhələsinin qalibləri müəyyənləşdi
31.03.2026 - 23:54
Millətlər Liqası: Pley-off mərhələsinin qalibləri müəyyənləşdi

UEFA Millətlər Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az xəbər verir ki, C və D liqalarının son iştirakçıları müəyyənləşib.

Latviya öz meydanında Cəbəllüttariqi 1:0, Lüksemburq isə Maltanı 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, Latviya və Lüksemburq C liqasında, Cəbəllüttariq və Malta isə D liqasında mübarizə aparacaq.

Xatırladaq ki, martın 26-da keçirilən ilk oyunlarda Cəbəllüttariq – Latviya görüşü 0:1, Malta – Lüksemburq qarşılaşması isə 0:2 hesabı ilə başa çatmışdı.