Millətlər Liqasında II tur davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün daha 6 oyun keçiriləcək.
Bu qarşılaşmalar 3 müxtəlif liqanın qruplarında baş tutacaq. Günün ən maraqlı görüşləri A liqasında təşkil olunacaq. Burada “Ölüm qrupu”nun matçları keçiriləcək.
Yarışa qələbəsiz başlayanların duelində Almaniya öz meydanında İngiltərəni qəbul edəcək. İtaliya isə hamının autsayder gözü ilə baxdığı, amma ilk turda qələbə qazanan Macarıstanı sınağa çəkəcək.
Qardaş Türkiyə yığması isə C liqasında ikinci matçına çıxacaq. “Ay-ulduzlular” Litvanın qonağı olacaq.
A liqası, 3-cü qrup
⚽ 22:45. Almaniya – İngiltərə
⚽ 22:45. İtaliya - Macarıstan
B liqası, 3-cü qrup
⚽ 20:00. Finlandiya - Monteneqro
⚽ 22:45. Bosniya və Herseqovina - Rumıniya
C liqası, 1-ci qrup
⚽ 22:45. Farer adaları - Lüksemburq
⚽ 22:45. Litva – Türkiyə
- Montella üçün kritik Belçika sınağı – Türkiyə ilk xalını axtarır - YENİLƏNİR
- Millətlər Liqasında III tur – İtaliya Fransaya qarşı - YENİLƏNİR
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- ML: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəldi - YENİLƏNİB
- Ayxan Abbasov: “Bunu müzakirə etmək mənə düşmür”