Millimizin oyunlarının tarixi müəyyənləşdi
22.08.2025 - 17:25
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq. Matçlar Moldovada təşkil olunacaq.
Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcək.
- AL: Zamiq Əliyevin komandası məğlub oldu - YENİLƏNİB
- ÇL: “Fənərbaxça”nın potensial rəqibləri qarşılaşıblar - YENİLƏNİB
- Dambrauskas qələbəyə köklənib - “Öz gücümüzdən istifadə edəcəyik”
- Yakob Poulsen “Sabah”ı təriflədi - “Bizi güclü rəqib gözləyir”
- Konfrans Liqası: "Başakşəhər"dən heç-heçə - YENİLƏNİB
0
0