Niderlanddan qələbə, İngiltərə Uruqvayla bacarmadı
28.03.2026 - 11:16
Niderlanddan qələbə, İngiltərə Uruqvayla bacarmadı

Futbol üzrə milli komandalar arasında bir sıra yoldaşlıq görüşləri keçirilib.

Apasport.az xəbər verir ki, Niderland millisi öz meydanında Norveç yığmasını qəbul edib.

Gərgin keçən qarşılaşmada qapılara ümumilikdə 3 qol vurulub. Oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İngiltərə millisi isə doğma azarkeşləri önündə Uruqvayla bacarmayıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.