Daha 6 idmançımız bu gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, ilk olaraq badmintonçumuz Keişa Fatimə Zəhra yarışa qoşulacaq.
İdmançımız saat 10:30-da N qrupunun II matçında Böyük Britaniya təmsilçisi Kirsti Gilmurla qarşılaşacaq.
Saat 12:00-da isə Azərbaycanın cüdo üzrə dünya çempionu, millimizin lideri Hidayət Heydərov 73 kq çəki dərəcəsində Tohar Butbul (Serbiya) / Messaud Dris (Əlcəzair) cütünün qalibi ilə üz-üzə gələcək.
Ardınca qılıncoynatma yarışları başlayacaq. Təmsilçimiz Anna Başta 1/16 finalda Hon Yu Yanla (Çin) münasibətlərinə aydınlıq gətirəcək.
Boksçuların mübarizəsində isə Məhəmməd Abdullayev (+92 kq) Nelvi Tiafakla (Almaniya) güclünü ayırd etməyə çalışacaq.
Günün sonuna yaxın azarkeşlər yenidən badmintonçuların mübarizəsinə şahidlik edəcəklər. Kişilərin yarışında E qrupunun ilk görüşündə təmsilçimiz
Edi Reski Dviçayo Kollins Filimona (Avstriya) rəqib olacaq.
Sonda isə boksçu Malik Həsənov (63,5 kq) Laşa Quruli (Gürcüstan) ilə 1/8 final görüşünə çıxacaq.
- Millimiz Şimali İrlandiyaya məğlub olub
- Konate: “Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq“
- DÇ-2026: Almaniya Lüksemburqa, Malta Finlandiyaya qalib gəlib - YENİLƏNİB
- DÇ-2026: Ronaldo qırmızı vərəqə aldı, Portuqaliya məğlub oldu - YENİLƏNİB
- Arnar Qunnlauqsson: “Azərbaycan millisi düz yoldadır”