"Qalatasaray" klub tarixinin ən uzun qələbə seriyasına sahib çıxdı
01.02.2023 - 23:34
Türkiyə Super Liqasında XXII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, lider "Qalatasaray" bu tur "Ümraniyəspor"u qəbul edib. 5 qolun vurulduğu matçda "sarı-qırmızılar" qələbə qazanıb – 3:2. Bununla da "Qalatasaray" 14-cü matçda da qələbə qazanmaqla rəsmi matçlarda ən uzun qalibiyyət seriyasına malik oldu.
Uğursuz dönəm yaşayan "Trabzonspor" isə bu tur qələbə qazanmağı bacarıb. Qara dəniz təmsilçisi "Antalyaspor"u 2:0 məğlub edib.
Qeyd edək ki, "Qalatasaray" 51 xalla vahid liderdir.
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
0
0