“Qarabağ” Macarıstan səfərində - YENİLƏNİR
19.08.2025 - 09:20
“Qarabağ” Macarıstan səfərində - YENİLƏNİR

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq. 

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunun qonağı olacaq.

Görüş saat 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
19 avqust
23:00. “Ferentsvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: 
Joau Pedru da Silva Pineyru (Portuqaliya)
Budapeşt, "Qrupama Arena”

Qeyd edək ki, tərəflər arasında cavab oyunu avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.