Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start veriləcək.
Apasport.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxacaq.
Komandamız səfərdə “Nyukasl”ın qonağı olacaq. Ağdam təmsilçisi ilk matçda 1:6 hesabı ilə məğlub olduğu rəqiblə “Sent Ceyms Park”da duelə çıxacaq.
“Köhlən atlar”ın mərhələ adlaması real görünməsə də, Çempionlar Liqası tarixində geridönüşlərə imza atan komandaların sayı heç də az deyil.
Düzdür, turnirdə ilk oyunda 5 top fərqi ilə məğlub olub, ikinci qarşılaşmada mərhələ adlayan komanda olmayıb. Lakin 4 və 3 topluq fərqləri aradan qaldırmağı bacaran klublar var.
Çempionlar Liqasında ən böyükhesablı geridönüşə “Barselona” imza atıb. Kataloniya təmsilçisi 1/8 final mərhələsinin ilk matçında PSJ-yə 0:4 hesabı ilə məğlub olsa da, cavab görüşündə 1/4 finala vəsiqə qazanmağı bacarıb.
La Liqa nəhəngi 1985/86 mövsümündə daha bir dəfə inanılmazı bacarıb. Komanda “Göteborq”la 3 topluq fərqi aradan qaldırıb və penaltilər seriyasında növbəti mərhələyə yüksəlib.
Türkiyə təmsilçisi “Qalatasaray” da belə geridönüşlərdən birinə imza atıb. İstanbullular “Naşatel Çamaks”a 0:3 hesabı ilə uduzsa da, cavab matçında rəqibinə “divan tutub” – 5:0.
| Mövsüm | Mərhələ | Mərhələ adlayan | Rəqib | İlk oyun | Cavab oyunu |
| 2016/17 | 1/8 final | "Barselona" | PSJ | 0:4 | 6:1 |
| 2018/19 | yarımfinal | "Liverpul" | "Barselona" | 0:3 | 4:0 |
| 2017/18 | 1/4 final | "Roma" | "Barselona" | 1:4 | 3:0 |
| 2003/04 | 1/4 final | "Deportivo" | "Milan" | 1:4 | 4:0 |
| 1993/94 | ilk mərhələ | "Kopenhagen" | "Linfild" | 0:3 | 4:0 |
| 1988/89 | 1/8 final | "Qalatasaray" | "Naşatel Çamaks" | 0:3 | 5:0 |
| 1988/89 | ilk mərhələ | "Verder Bremen" | "Dinamo Berlin" | 0:3 | 5:0 |
| 1985/86 | yarımfinal | "Barselona" | "Göteborq" | 0:3 | 3:0 (p. 5:4) |
| 1975/76 | 1/8 final | "Real Madrid" | "Derbi Kaunti" | 1:4 | 5:1 |
| 1974/75 | 1/8 final | "Sent-Ettyen" | "Hayduk" | 1:4 | 5:1 |
| 1970/71 | yarımfinal | "Panatinaikos" | "Srvena Zvezda" | 1:4 | 3:0 |
| 1965/66 | 1/4 final | "Partizan" | "Sparta Praqa" | 1:4 | 5:0 |
| 1963/64 | ilk mərhələ | "Yunesse Eş" | "Haka" | 1:4 | 4:0 |
| 1958/59 | ilk mərhələ | "Şalke" | "Kyopenhavns" | 0:3 | 5:2 |