"Bu, Azərbaycan futbolunun real vəziyyətidir".
Apasport.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının VI turu çərçivəsində "Ayaks"la matçdan (2:4) sonra Qurban Qurbanov deyib.
Mütəxəssis Azərbaycan futbolunun problemlərindən danışıb: "U-19 komandamızın bu qədər fərqlə uduzması, 4–5 il sonra bu səviyyədə hansı durumda olacağımız barədə narahatlıq yaradır. Bu, bizim üçün böyük təhlükədir. Bəlkə də görünən nəticələr bizi aldadır, amma gələcəyə baxanda fərq getdikcə artır. 4–5 ildən sonra bunun sonunun necə olacağını bilmirəm. Biz “Qarabağ” olaraq şəraitimizi yaxşılaşdırmalı, daha diqqətli olmalıyıq. U-19 komandamızın əksəriyyəti daha cavan idi – 17–18 yaş. İlk dəfə idi belə turnirdə oynayırlar. Amma bu cür klubların futbolçuları beynəlxalq turnirlərdə böyüyə-böyüyə iştirak edirlər. Onların şəraiti bizim Azərbaycan futbolunun ümumi şəraitindən qat-qat üstündür. Bir neçə klubda olmuşam – “Barselona”, “Çelsi”, “Borussiya”nın akademiyalarında. Ümumiyyətlə, müqayisə edilməz. Çalışıb əziyyət çəkməli, pozitiv yanaşmalı, gələcəyə inamla baxmalıyıq. Fərq çox böyükdür".
Qeyd edək ki, “Qarabağ”ın U19 komandası bu gün niderlandlı həmyaşıdlarına 0:8 hesabı ilə məğlub olub.