Rauf Əliyev: BU, "SABAH" ÜÇÜN ƏLAVƏ ÜSTÜNLÜKDÜR
19.08.2026 - 15:06
Rauf Əliyev: BU, "SABAH" ÜÇÜN ƏLAVƏ ÜSTÜNLÜKDÜR

"Çətin qarşılaşmalar olacaq".

Bu sözləri "Apasport"a açıqlamasında Rauf Əliyev deyib.

Azərbaycan millisinin sabiq futbolçusu "Sabah" və "Qarabağ"ın avrokuboklarda pley-off matçlarını dəyərləndirib:

"Hər iki komandamız səfərdə çıxış edəcək. İlk oyunlarda kollektivlər ehtiyatlı davranmağa çalışırlar. Qonaq komandalar isə daha çox ehtiyat edirlər. Düşünürəm ki, həm "Sabah", həm də "Qarabağ" cütün taleyini evdə həll etməyə çalışacaqlar. 

"Sabah"ın rəqibi "Hapoel" ev matçlarını doğma meydanda keçirə bilmir. Bu, komandamız üçün əlavə üstünlükdür. "Bayquşlar" bundan yararlana bilərlər".

Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı bu gecə, "Tvente" - "Qarabağ" görüşü isə sabah baş tutacaq.