Ronaldo daha bir rekorda imza atdı
15.10.2025 - 00:56
Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun ulduzu Kriştiano Ronaldo daha bir tarixi nailiyyətə imza atıb.
Apasport.az xəbər verir ki, 40 yaşlı forvard dünya çempionatlarının seçmə mərhələləri tarixində ən çox qol vuran futbolçu olub.
Ronaldo bu uğura Macarıstan yığmasına qarşı keçirilən görüşdə nail olub.
O, komandasının hər iki qolunu vurmaqla, seçmə mərhələlərdəki ümumi qol sayını 41-ə çatdırıb.
Qeyd edək ki, Portuqaliya – Macarıstan matçı 2:2 hesabı ilə başa çatıb.
- İslandiya millisinin baş məşqçisi: “Azərbaycanla görüşdə favorit biz sayılırıq”
- KL: "Samsunspor" və “Dinamo”dan darmadağın - YENİLƏNİB
- "Fənər" “Viktoriya" səfərindən bir xalla qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- ÇL: Foden həftənin ən yaxşısı seçildi
- Fransanın millimizə qarşı heyəti bəlli olub
0
0