Sabiq futbolçu final haqda: “Məhsuldar oyun gözləmirəm”
28.05.2022 - 17:27
Sabiq futbolçu final haqda: “Məhsuldar oyun gözləmirəm”

Konstantin Qeniç (Moskva “Spartak”ının sabiq rusiyalı futbolçusu):

Avropa futbol mövsümünün kulminasiya nöqtəsi Çempionlar Liqasının finalıdır. “Liverpul”un maşın kimi getdiyi və hər kəsi yoluna sovurduğu haqda uzun müddət danışmaq olar. “Real”ın isə özünəməxsus müsbət keyfiyyətləri, rəqibindən pis oynadığı zaman qalib gəlmək bacarığı var. Bir matçdan ibarət olan finalda hər şey yaşana bilər.

Dörd qolun vurulduğu Kiyev finalındakı kimi, məhsuldar futbol gözləmirəm. Hiss edirəm ki, “Liverpul” daha güclüdür. Əgər o vaxt ingilislərin tarazlıq və qapıçı ilə bağlı müəyyən problemi var idisə, indi komanda mümkün qədər balanslıdır.

Görüşün əsas vaxtında “Liverpul”un qalib gələcəyinə mərc etməzdim. Çoxları Karlo Ançelottinin taktiki dühasına, “Real” oyunçularının təcrübəsinə inanır. Ancaq “Liverpul” indiki “Real”dan daha güclü çıxış edir.

Belə bir qarşılaşmada istənilən proqnoz yanlış çıxa bilər. Ümid edirəm ki, unudulmaz oyun olacaq.

Proqnozum: 1X və ya 3,5-dən az qol.

0