“Sumqayıt”ın futbolçusu millidə növbəti matçına çıxdı
30.03.2026 - 19:06
"Sumqayıt"ın futbolçusu Ronaldo Vaskez millidə növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, onun çıxış etdiyi Dominikan Respublikası Kuba millisi ilə qarşılaşıb.
Görüş "CONCACAF Series"in ikinci mərhələsi çərçivəsində baş tutub.
Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Vaskez oyuna start heyətində başlayıb. O, 68-ci dəqiqədə Edison Askona ilə əvəzlənib.
0
0