Tedeskodan uğursuz debüt - “Fənər” səfərdə məğlub oldu - YENİLƏNİB
25.09.2025 - 00:53
Tedeskodan uğursuz debüt - “Fənər” səfərdə məğlub oldu - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, əsas mərhələnin ilk günündə 9 qarşılaşma baş tutub.

"Fənərbaxça" "Dinamo"nun qonağı olub. Zaqrebdə keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Gərgin keçən qarşılaşmada sevinən tərəf ev sahibləri olub. Görüş "Dinamo"nun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, matç komandanın yeni baş məşqçisi Dominik Tedeskonun rəhbərliyi altında ilk avroliqa oyunu olub.

UEFA Avropa Liqası
I tur
24 sentyabr

23:00. Dinamo (Zaqreb, Xorvatiya) – Fənərbaxça (Türkiyə) - 3:1