![Türk hakimin ÇL matçındakı qərarı hər kəsi qəzəbləndirdi](https://apasport.az/storage/news/2025/february/13/big/67ad82f794a1667ad82f794a17173942450367ad82f794a0c67ad82f794a15.jpg)
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Brügge” və “Atalanta” üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, matçın sonlarına doğru türkiyəli hakim Halil Umut Melerin verdiyi penalti qərarı birmənalı qarşılanmayıb.
Meler "Brügge" leyhinə verdiyi penalti qərarı ilə "Atalanta"lıları və futbol ictimaiyyətini qəzəbləndirib.
"Atalanta" futbolçuları və klubun texniki heyəti qərara reaksiya verib. İtalyanların baş məşqçisi Gian Piero Qasperini bu qərara qəzəblənib və birbaşa paltardəyişmə otağına gedib.
"Atalanta"nın futbolçuları və Qasperini bu barədə nə düşünür?
Matçdan sonra "Atalanta"nın futbolçusu Şarl De Ketelaere hakimin qərarını bu cür şərh edib:
"Hadisə baş verən nöqtədən uzaqda idim. Amma gördüm ki, hakim çox təkəbbürlüdür. Danışmırdı və hamıya sarı vərəqə göstərirdi. Bu epizodun penalti olub-olmadığını 100 nəfərdən soruşsanız, heç kim "penalti idi" deməz. Son dəqiqədə belə uduzmaq acıdır".
Qasperini isə hər kəsin penalti qazanmağa çalışdığını vurğulayıb:
"Artıq hər kəsin qayda pozuntusu ilə bağlı fərqli fikirləri var. Əllə oyun mübahisə yaradır, amma bəzən həqiqətən də, çətin olur. Əsl problemlər təmaslardır. Futbolçuların çoxu qışqırır, penalti qazanmağa çalışır. Futbol artıq oyunla əlaqəsi olmayan yönə doğru gedir. Artıq qaydaları bilmirəm. Futbol tamam başqa idman növünə çevrilib".
Halil Umut Meler yenə manşetlərdə
Halil Umutun qərarı mətbuatda da səs-küyə səbəb olub.
"La Gazzetta dello Sport"da çıxan xəbərdə Halil Umut Meler üçün "faciəvi hakim" ifadəsi işlədilib.
“Ankaragücü”nün keçmiş prezidenti Faruk Kocanın Halil Umut Melərə hücumunu xatırladan italyanlar Səudiyyə Ərəbistanında idarə etdiyi matçdan sonra (oxu) FİFA lisenziyalı hakimin tənqid hədəfinə çevrildiyini bildiriblər.
"Eurosport" da Meleri tənqid edib: “Yan Breydel Stadionu"nda son 3 dəqiqədə gördüklərimizə futbol demək olmaz”.
Qeyd edək ki, qarşılaşma ev sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
- "Real Madrid"dən fantastik geridönüş, "Yuve" və "Borussiya"dan qələbə - YENİLƏNİB
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın oyunlarına hakim təyinatları bəlli olub
- "Mançester Siti" - "Real" matçı bu kanalda
- AVRO-2027 Serbiya və Albaniyada keçiriləcək
- Avropa Liqası: "Qalatasaray" və "Fənərbaxça"nın matç saatları bəlli olub