U21 seçməmiz Portuqaliya ilə üz-üzə - YENİLƏNİR
05.09.2025 - 09:54
U21 seçməmiz Portuqaliya ilə üz-üzə - YENİLƏNİR

21 yaşadək Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Portuqaliya seçməsi ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunda Şotlandiya, Bolqarıstan, Portuqaliya, Çexiya və Cəbəllütariqlə mübarizə aparacaq.

Avropa çempionatı
Seçmə mərhələ, I tur

22:30 Portuqaliya U-21 – Azərbaycan U-21