Yaponiya Braziliya ilə oyuna itki ilə çıxacaq
29.06.2026 - 13:25
Yaponiya millisi DÇ-2026-nın 1/16 finalında Braziliyaya qarşı ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Takefusa Kubo qarşıdakı görüşdə meydana çıxmayacaq.
Bu barədə ESPN məlumat yayıb.
İspaniyanın “Real Sosyedad” klubunda çıxış edən futbolçu Braziliya ilə matçda yığmasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Braziliya – Yaponiya görüşü iyunun 29-da Hyustondakı “NRG Stadium”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- ML: İspaniya və İsveçrədən darmadağın - YENİLƏNİB
- "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq
- Azərbaycan - Lixtenşteyn oyununun hakimləri bəlli olub
- Millimiz Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq
- Millətlər Liqası: Fransa Belçika səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
0
0